Bank Of Baku

ADP-nin Ağstafa rayon təşkilatı partiya sıralarından istefa verib

ADP-nin Ağstafa rayon təşkilatı partiya sıralarından istefa verib
# 28 mart 2007 09:29 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Ağstafa rayon təşkilatının Məclisi partiya sıralarından istefa verməklə bağlı qərar qəbul edib. Bu barədə APA-ya partiyanın yerli təşkilatından məlumat daxil olub. Qərarda ADP daxilində baş verən son olayların rayon təşkilatının üzvləri tərəfindən təəssüf hissi ilə qarşılandığı bildirilib, problemlərin aradan qaldırılması üçün irəli sürülən təkliflərin nəzərə alınmadığı qeyd olunub, partiyanın ideya-siyasi xəttindən kənara çıxmaların faktiki olaraq parçalanmaya gətirib çıxardığı qeyd olunub və bunu nəzərə alaraq 180 nəfər üzvü olan Ağstafa rayon təşkilatı bundan sonra ADP-nin hər hansı qanadında təmsil olunmayacağını bəyan edib.
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov APA-ya verdiyi açıqlamada bu qərardan xəbərdar olduqlarını və bundan təəssüfləndiklərini bildirib. H. Rüstəmovun sözlərinə görə, bu, ADP-nin siyasi kursla bağlı yerlərdə lazımı izahat işləri apara bilməməsi ilə bağlıdır: “Biz vaxt baxımından qəbul etdiyimiz qərarları üzvlərimizə izah edə bilmədik. Digər tərəfdən, bizim əleyhimizə də kampaniya aparıldı və nəticədə bu kimi hallar üzə çıxır. Amma biz hesab edirik ki, həmin şəxslər yeni siyasi kursun uğurlu olduğunu gördükdən sonra yenidən bizimlə birgə fəaliyyət göstərəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR