Bank Of Baku

Latviyanın rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

Latviyanın rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir
# 28 mart 2007 09:58 (UTC +04:00)
Bu gün axşam Latviyanın rabitə və informasiya texnologiyaları naziri İnna Qudele Bakıya gələcək. Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, naziri 6 iş adamı müşayiət edəcək. İ. Qudele iki günlük səfəri zamanı azərbaycanlı həmkarı Əli Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanovla görüşəcək. Səfərdə əsas məqsəd informasiya texnologiyaları sahəsində qarşılıqlı münasibətlərin və Azərbaycanda elektron idarəetmə sisteminin inkişafı məsələlərinin müzakirəsidir. Təhsil naziri ilə görüşdə qonaq Latviyada mövcud olan informasiya-kommunikasiya və texniki təhsil haqqında məlumat verəcək və bu sistemin Azərbaycanda tətbiqi məsələsini M. Mərdanovla müzakirə edəcək. Mədəniyyət və Turizm Nazirliyində görüş zaman isə arxiv və muzeylərdə elektron qeydiyyat sisteminin tətbiqi barədə söhbət aparılacaq. Latviya səfirliyindən bildiriblər ki, səfər zamanı rəsmi sazişlərin imzalanması nəzərdə tutulmasa da, biznes dairələri arasında kommersiya razılaşmalarının əldə olunması mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR