Bank Of Baku

Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 28 mart 2007 10:01 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herrero ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Tanışlıq xarakteri daşıyan görüşdə ATƏT səfirinə YAP-ın strukturu, ictimai-siyasi həyatda mövqeyi, ölkədə fəaliyyət göstərən digər siyasi partiyalarla əlaqələri və seçki komissiyalarının formalaşması prinsipinə münasibəti açıqlanıb. Ə. Əhmədov YAP-ın Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğu proseslərində qazanılmış uğurlarda müstəsna xidmətlərinin olduğunu deyib, hakim partiyanın ümummilli maraqların müzakirəsi məqsədilə bütün siyasi partiyalar arasında dialoqun təşəbbüskarı olduğunu və bu gün də mövqeyinə sadiq qaldığını qeyd edib. O, həmçinin seçki komissiyalarının formalaşması prinsipinin cəmiyyət həyatını və siyasi qüvvələr arasındakı balansı tam obyektiv əks etdirdiyini nəzərə çatdırıb. ATƏT səfiri isə öz növbəsində qeyd edib ki, Azərbaycanda keçirilən bütün seçkilərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanındığı halda, hər hansı siyasi partiyanın seçkinin nəticələrinə şübhə ilə yanaşması qeyri-normaldır və müxalifətin kəskin qarşıdurma mövqeyindən imtina edib hakim partiya ilə müəyyən çərçivələr əsasında müzakirələr aparması daha çox məqsədəmüvafiq hesab olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR