Bank Of Baku

MDB PA-ya üzv ölkələrdə Demokratiya, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Hörmət Olunması Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı açılacaq

MDB PA-ya üzv ölkələrdə Demokratiya, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Hörmət Olunması Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı açılacaq
# 28 mart 2007 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, sazişi Azərbaycan tərəfdən Milli Məclisin spikeri Oqtay Əsədov, Rusiya tərəfdən isə Federasiya Şurasının sədri Sergey Mironov imzalayıb. Sergey Mironov MDB məkanında ilk belə filialın Azərbaycanda açılacağını bildirib. Milli Məclisdə keçirilən görüşdə spiker Oqtay Əsədov Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Spiker Azərbaycanda rus dilinə münasibətdən danışaraq ölkədə 461 rus dilli məktəbin olduğunu və 30-dan artıq universitetdə bu dilin tədris edildiyini, ölkə telekanallarında rus dilli verilişlər yayımlandığını, onlarla rusdilli qəzet çıxdığını deyib. “Hər iki ölkə başçısının qarşılıqlı səfərləri bu əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verib. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollardan artıq təşkil edib. Azərbaycanda 390 rus şirkəti fəaliyyət göstərir, onlardan 171 müştərək müəssisələrdir”. Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin spikeri Rusiyanın ATƏT-in Mİnsk Qrupuna üzv olan həmsədr ölkələrdən biri kimi problemin həllində öz dəstəyini əsirgəməyəcəyinə inandığını bildirib. Sergey Mironov isə Azərbaycana etdiyi səfərin iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafında mümkün rol oynayacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR