Bank Of Baku

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov: “2007-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici il olmalıdır”

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov: “2007-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici il olmalıdır”
# 28 mart 2007 12:49 (UTC +04:00)
APA-nın məlumatına görə, öncə BSU-nun rektoru Kamal Abdulla ilə görüşən S. Mironov daha sonra tələbələr qarşısında çıxış edib. Federasiya Şurasının sədri bildirib ki, günün birinci yarısında Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizadə ilə görüşüb. Onun sözlərinə görə, hər iki görüşdə iqtisadi əməkdaşlıq və tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub: “Beynəlxalq problemlərə münasibətdə bizim mövqelərimiz üst-üstə düşür”. Azərbaycanda rus dilinə göstərilən münasibətdən razı qaldıqlarının deyən S. Mironov hər iki xalqın ümumi tarixə malik olduğunu qeyd edib: “Mən Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının və Bakı neftinin rolunu xüsusi vurğulamaq istəyirəm. Rusiya Azərbaycanın suveren və inkişaf etmiş ölkə olmasında maraqlıdır. İki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyub, prezidentlərin dialoqu pozitiv xarakter daşıyır. Cənubi Qafqazda təhlükəsizlik məsələsi Azərbaycan-Rusiya münasibətlərində xüsusi əhəmiyyət daşıyır. Hesab edirik ki, bölgədəki bütün problemlər sülh yolu və bütün tərəflərin iştirakı ilə həll edilməlidir. Bu məsələdə aktiv vasitəçilik etməyə hazırıq”. Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Mironov bildirib ki, 2007-ci il problemin həllində həlledici il olmalıdır: “Ən azı münaqişəyə yeni yanaşma tapılmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərin razılığa gəlməsi üçün əlindən gələn köməyi etməyə hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR