Bern Konqres Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti konfrans keçirilib
28 mart 2007 13:39 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi Bern Konqres Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti konfrans keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, konfransda Berndə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan və türk dərnəklərin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov 26 fevral və 31 mart tarixlərinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətli günlər olduğunu və bununla əlaqədar istənilən bir xatirənin hər bir azərbaycanlıda dərin kədər və ağrı hisslərini doğurduğunu vurğulayıb. O, Ermənistan tərəfindən həyata keçirilmiş təcavüzünün səbəb və nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinin tarixçəsi və indiki durumu barədə qonaqlara ətraflı məlumat verib, türk və azərbaycanlı icmaların birgə və daha gözə çarpan şəkildə fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb. Türkiyənin İsveçrə Konfederasiyasında səfiri Alev Kılıç konfransda çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı sıx münasibətlərin qardaşlıq və dostluq təməlində hər an gücləndiyini bildirib. Türk millətinin sevincli və kədərli günlərində azərbaycanlı qardaşlarının yanında olduğunu deyən Alev Kılıç Dağlıq Qarabağ probleminin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün önəmli bir əngəl olduğunu vurğulayıb. O həmçinin, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda azərbaycanlı qardaşlarını tam dəstəklədiklərini vurğulayıb. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış qısametrajlı sənədli film nümayiş etdirilib. Konfrans qonaqların fəal iştirakı ilə interaktiv dialoq formasında keçib. Tədbirin sonunda konfrans iştirakçıları üçün “Xocalı uşaqların gözləri ilə” adlı foto-sərgi nümayiş olunub. /APA/
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024