Bank Of Baku

Səməd Seyidov: “Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı məruzənin müzakirəsi konstruktiv keçdi”

Səməd Seyidov: “Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı məruzənin müzakirəsi konstruktiv keçdi”
# 28 mart 2007 15:34 (UTC +04:00)
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın Avropa bürosuna verdiyi eksklüziv açıqlamada müzakirələrin konstruktiv keçdiyini deyib: “Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə müzakirələr çox konstruktiv keçdi. Çıxış edənlərin hamısı Azərbaycanda gedən müsbət prosesləri xüsusi vurğuladılar. Bu gün keçirilən müzakirələrdə həmməruzəçi qismində Andres Herkel çıxış etdi, digər həmməruzəçi Toni Lloyd isə iclasa xüsusi məktub göndərmişdi. O, məktubunda Azərbaycanda gedən müsbət prosesləri və narahatlıq doğuran məsələləri qeyd edib. Hesab edirəm ki, bugünkü müzakirələr öz konstruktivliyi ilə seçilib. Bizim nümayəndə heyətinin üç üzvü müzakirələr zamanı çıxış etdi və Azərbaycanın mövqeyini bir daha çatdırdılar. Xüsusi bir məqama diqqət yetirmək istəyirəm. Məruzənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsində Azərbaycanın mövqeyi tam şəkildə öz əksini tapıb. Bu, bizim üçün çox vacib məsələdir. Birincisi, Monitorinq Komitəsinin sənədində Avropa Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə öz əksini tapıb. İkincisi, Dağlıq Qarabağ məruzədə Azərbaycanın ərazisi kimi göstərilib”. Səməd Seyidov məruzədə əsas tənqidi məqamların medianın mövcud durumu və ANS telekanalı ilə bağlı olduğunu deyib: “Məruzədə siyasi dustaqlar anlayışı səslənmədi. Siyasi dustaq məsələsi artıq aradan qaldırılıb. Bilirsiniz ki, biz işçi qrupu vasitəsilə bu məsələni həll edirik və bu tip məsələlər öz müsbət həllini tapır. Müzakirələr zamanı prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı xüsusi vurğulandı və fərmanla əfv olunmuş insanların siyahısını Andres Herkel iştirakçılara təqdim etdi. Bu fərman çox müsbət qarşılandı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR