Sergey Mironov: “Yeni miqrasiya qanunvericiliyinin tətbiqi Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək”
28 mart 2007 15:37 (UTC +04:00)
“Rusiyanın miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərin aprelin 1-dən qüvvəyə minməsi Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək”. Bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Sergey Mironov söyləyib. Onun sözlərinə görə, Rusiya bazarlarında qayda-qanun yaradılmasına yönələn bu dəyişikliklər konkret olaraq hər hansı ölkəyə qarşı, o cümlədən Azərbaycana qarşı yönəlməyib: “Azərbaycan hökuməti bu qanuna anlayışla yanaşır. Hazırda Rusiyada qeyri-leqal yaşayan insanların işlə təmin olunması üçün xüsusi qərargahlar yaradılır. Bu qanunun tətbiqi ölkədə qayda-qanun yaradacaq. Bu qanun miqrantlar üçün bir çox proseduraları asanlaşdıracaq”. /APA/
Daxili siyasət
Müsavat Partiyasının qurultayı keçirilir, İsa Qəmbər başqanlığa yeganə namizəddir
10:56
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024