Bank Of Baku

Ombudsman Elmira Süleymanova 1 saylı istintaq təcridxanasında saxlanılan deputat Hüseyn Abdullayevlə görüşüb

Ombudsman Elmira Süleymanova 1 saylı istintaq təcridxanasında saxlanılan deputat Hüseyn Abdullayevlə görüşüb
# 28 mart 2007 15:37 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasında saxlanılan, barəsində 2 ay həbs qətimkan tədbiri seçilmiş deputat Hüseyn Abdullayevlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkillə söhbət zamanı H. Abdullayev saxlanma şəraitindən narazı olmadığını, təcridxana əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına və insan ləyaqətini alçaldan münasibətə yol verilmədiyini qeyd edib. Ancaq o, barəsində seçilmiş həbs qətimkan tədbirindən narazı olduğunu, vəkili tərəfindən apellyasiya şikayəti verildiyini bildirib. Deputat səhhətində olan problemlərlə bağlı həkimlər tərəfindən müayinə edildiyini E. Süleymanovanın diqqətə çatdırıb, eyni zamanda saxlanılma (tutulma) şəraitinin araşdırılmasında yardımçı olmasını istəyib. E. Süleymanova bu məqsədlə baş prokurora müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR