Bank Of Baku

Müsavat yürüş-mitinq keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat yürüş-mitinq keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 29 mart 2007 08:21 (UTC +04:00)
Müsavat Partiyası aprelin 29-da yürüş-mitinq keçirməklə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, aksiyanın əvvəlki mitinqlərin marşrutu üzrə - Həzi Aslanov metrostansiyası Ukrayna meydanı marşurutu ilə keçirilməsi nəzərdə tutulub. Aksiya saat 16.00-da “Həzi Aslanov” metrostansiyasının qarşısında yürüşlə başlayacaq və saat 18.00-da Ukrayna meydanında mitinqlə bitəcək. Aksiyada 10 min nəfərin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, bu, enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq Müsavat Partiyasının təyin etdiyi 4-cü yürüş-mitinqdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR