Bank Of Baku

Dağıstan Prezident Aparatı: “Azərbaycanın şimalında yaşayan milli azlıqların öz hüquqlarının tapdalanması ilə bağlı prezident Muxu Əliyevə müraciət etməsi xəbəri əsassızdır”

Dağıstan Prezident Aparatı: “Azərbaycanın şimalında yaşayan  milli azlıqların öz hüquqlarının tapdalanması ilə bağlı prezident Muxu Əliyevə müraciət etməsi xəbəri əsassızdır”
# 29 mart 2007 09:13 (UTC +04:00)
“Azərbaycanın şimal regionunda yaşayan milli azlıqların öz hüquqlarının tapdalanması ilə əlaqədar Dağıstan prezidentinə müraciət etmələri barədə yayılan xəbərlər əsassızdır”. Bu açıqlamanı APA-nın Dağıstan bürosunun Dağıstan Respublikası Prezident Aparatının vətəndaşların müraciətləri üzrə iş şöbəsindən veriblər. Lakin Dağıstan Prezident Aparatındakı mənbə son vaxtlar Azərbaycanın şimal regionunda yaşayan bəzi ləzgi və avarların öz hüquqlarının tapdalanması ilə əlaqədar dövlət başçısı Muxu Əliyevə çoxsaylı müraciətlər etdiyini təsdiqləyib. Mənbə "Qaynar xətt"tə müraciətlərin Dağıstandakı bəzi separatçı qüvvələr tərəfindən təşkil oluna biləcəyini istisna etməyib. “Onlar özlərini Azərbaycan vətəndaşları kimi təqdim edərək zənglər edirlər. Əgər belə deyilsə, qoy müraciət edənlər soyadlarını və Azərbaycandakı dəqiq ünvanlarını söyləsinlər. Yalnız belə olan halda müvafiq araşdırmalar aparmaq olar". /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR