Bank Of Baku

Vyanada insan ölçüsü üzrə konfrans keçirilir

Vyanada insan ölçüsü üzrə konfrans keçirilir
# 29 mart 2007 09:23 (UTC +04:00)
Bu gün Vyanada insan ölçüsü üzrə növbəti toplantı öz işinə başlayıb. “Sərbəst toplaşmaq, birləşmək və fikir ifadəsi: plüralist cəmiyyətlərdə tam və bərabər iştirakın həvəsləndirilməsi” adlı konfrans iki gün davam edəcək. ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, toplantıda İspaniyanın ATƏT-də daimi missiyasının rəhbəri, səfir Karlos Sançes de Boado, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohal, PEN-Klubun prezidenti Yiri Qruşa və başqaları çıxış edəcəklər. Bu gün keçiriləcək iki sessiyada ATƏT regionunda sərbəst toplaşmaq azadlığı problemlərinin müzakirəsi planlaşdırılır. Toplantıda ATƏT-in Bakı Ofisinin əməkdaşları, Ombudsman Aparatının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Novella Cəfəroğlu, Səid Məmmədov və Anar Kazımov iştirak edirlər. ATƏT analoji toplantıları ildə üç dəfə keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR