Bank Of Baku

ABŞ-ın ATƏT-də səfiri Culi Finli: “Prezident İlham Əliyevlə görüşü pozitiv qiymətləndirirəm”

ABŞ-ın ATƏT-də səfiri Culi Finli: “Prezident İlham Əliyevlə görüşü pozitiv qiymətləndirirəm”
# 29 mart 2007 11:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Culi Finli görüşün tanışlıq xarakteri daşıdığını deyib: “Görüşdə bir sıra məsələləri, o cümlədən regional əməkdaşlıq məsələlərini müzakirə etdik. Prezident məni növbəti dəfə Azərbaycana səfərə dəvət etdi. Bir neçə ay sonra bu səfəri mütləq gerçəkləşdirəcəyəm. Prezident İlham Əliyevlə görüşümü pozitiv qiymətləndirirəm”. Culi Finli Azərbaycan rəsmiləri ilə görüşlərdə Cənubi Qafqazda hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi məsələsinin müzakirə edilmədiyini deyib. “Bu mövzunu gələcək səfərlərimdə də müzakirə etməyəcəyəm, çünki, bu mənim səlahiyyətimə daxil olan məsələ deyil”. Qeyd edək ki, bu gün Culi Finli Milli Məclisin qadın üzvləri ilə görüş keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR