Bank Of Baku

Ədalət və Azadlıq partiyalarının birgə təşkilatçılığı ilə 31 Mart soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib

Ədalət və Azadlıq partiyalarının birgə təşkilatçılığı ilə 31 Mart soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib
# 29 mart 2007 12:14 (UTC +04:00)
Bu gün Ədalət və Azadlıq partiyalarının birgə təşkilatçılığı ilə 31 Mart soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib. Ədalət Partiyasının sədri İlyas İsmayılov ermənilərin saxta “erməni soyqırımı”nı əldə bayraq edərək daim təbliğat apardıqlarını və bunun nəticəsində müəyyən uğurlara nail olduqlarını qeyd edib. Bu gün də “erməni soyqırımı” kabusunun dolaşdığını bildirən partiya sədri bunun Azərbaycan və Türkiyəyə qarşı yönəldiyini bildirib. Millət vəkili, professor Cəmil Həsənli 1918-ci ilin 28-31 martında baş vermiş soyqırımla bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Onun sözlərinə görə, bu soyqırımın sübut olunması üçün kifayət qədər faktlar, məhkəmə sənədləri və fotolar var: “O zaman öldürülən hər bir azərbaycanlı ilə bağlı cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti cinayət işi açıb. Əgər belə faktlar ermənilərin əlində olsaydı, onlar bundan geniş istifadə edərdilər”. C. Həsənlinin sözlərinə görə, bu faktlardan istifadə edib məsələni BMT səviyyəsində qaldırmaq mümkündür. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycana qarşı 200 ildən artıqdır soyqırım siyasətinin aparıldığını bildirib. Bu siyasəti səlib yürüşünün davamı hesab edən millət vəkili bütün bu tipli hadisələrin eyni ssenari üzrə həyata keçirildiyini vurğulayıb: “Bu siyasətin qarşısı alınmasa, hər 5-10 ildən bir yeni faciələr törədiləcək”.
Tədbirdə iştirak edən AXCP sədrinin müavini Nurəddin Məmmədli, vəkillər Aslan İsmayılov və Adil İsmayılov, Azadlıq Partiyasının sədri Əhməd Oruc və digərləri də məsələ ilə bağlı öz münasibətlərini bildiriblər. Toplantının sonunda 31 Mart soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün ictimai komissiyanın yaradılması qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR