Bank Of Baku

AMİP Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək

AMİP Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək
# 29 mart 2007 12:33 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təbliğat və mətbuat katibi Əli Orucov partiyanın icarəyə götürdüyü qərargahdan çıxarılması ilə bağlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Orucov AMİP-in 2001-ci ildə Azadlıq prospekti-179 ünvanında yerləşən 2637 kvadratmetrlik qərargahdan çıxarıldığını və o zamandan yeni bina ilə təmin olunmadığını bildirib. Partiyanın 6 il müddətinə öz hesabına kirayə götürülmüş ofislərdən istifadə etdiyini bildirən partiya funksioneri mütəmadi olaraq icarəyə götürülmüş qərargahlardan çıxarıldıqlarını da qeyd edib. Onun sözlərinə görə, Mehdi Hüseyn küçəsi-88, mənzil 18 ünvanında yerləşən ofisin sahibi ilə ötən ilin mart ayında icarə üçün bir illik müqavilə bağlanıb və bu il ofis sahibi müqavilənin müddətini uzatmaqdan imtina edib. Buna görə də partiyanın əmlakı müvəqqəti olaraq Nəsimi rayon təşkilatının qərargahına daşınıb. Ə. Orucov partiyanı qərargahla təmin etmədiyi üçün Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi ilə bağlı məhkəmələrə müraciət ediləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR