Bank Of Baku

Ramil Usubov Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edir

Ramil Usubov Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edir
# 29 mart 2007 12:34 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tiflisdə terrorçuluqla və narkotik maddə qaçaqmalçılığı ilə mübarizə məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu gün başlayan konfransı Gürcüstan Təhlükəsizlik Şurasının katibi Konstantin Kemulariya açıb. Toplantıda prezident Mixail Saakaşvilinin çıxışı da gözlənilir. Azərbaycanın daxili işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, narkotranzit Azərbaycan üçün aktual problemdir və Bakı bu problemlə mübarizədə beynəlxalq əməkdaşlığa tərəfdardır. R. Usubov bildirib ki, Azərbaycan həm bu sahədə, həm də terrorçuluqla mübarizədə region ölkələri ilə əməkdaşlığa hazırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR