Bank Of Baku

İlyas İsmayılov: “Azadlıq və Ədalət partiyalarının birləşməsi ilə bağlı heç bir müzakirə aparılmır”

İlyas İsmayılov: “Azadlıq və Ədalət partiyalarının birləşməsi ilə bağlı heç bir müzakirə aparılmır”
# 29 mart 2007 13:10 (UTC +04:00)
“Azadlıq Partiyasının Ədalət Partiyasının birləşməsi ilə bağlı hazırda heç bir müzakirə aparılmır. İndiki mərhələdə partiyalar arasında yalnız birgə əməkdaşlıqla bağlı müzakirələr var”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Ədalət Partiyasının sədri İlyas İsmayılov söyləyib. Hər iki partiyanın müəyyən məsələlərdə fikirlərinin tam üst-üstə düşdüyünü deyən İ. İsmayılov bir sıra tədbirləri birgə təşkil etdiklərini və siyasi proseslərə birgə münasibət bildirdiklərini qeyd edib. O, növbəti mərhələdə partiyaların birləşmə ehtimalının olub-olmamağına və Azadlıq Partiyasının sədri Əhməd Orucun sözügedən partiyaların birləşəcəyi ilə bağlı təkliflərinə münasibət bildirməyib. İ. İsmayılov həmçinin partiya sədrliyindən istefa verməsi ilə bağlı yayılan məlumatların doğru olmadığını qeyd edib: “Partiyanın növbəti qurultayına hazırlıq yüksək səviyyədə gedir və mən qurultayda sədrliyə öz namizədliyimi sürəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR