Bank Of Baku

Vahid Əhmədov: “Ola bilər ki, “Yeni siyasət” blokunu ictimai-siyasi blok kimi saxlayaq”

Vahid Əhmədov: “Ola bilər ki, “Yeni siyasət” blokunu ictimai-siyasi blok kimi saxlayaq”
# 29 mart 2007 13:14 (UTC +04:00)
“Yeni siyasət” blokunun fəaliyyətinin davam etdirilməsi ilə bağlı ümumi fikir var, amma bununla bağlı hələlik siyasi qərar verməmişik”. APA-nın məlumatına görə, bu fikirləri “Yeni Siyasət” blokunun üzvü, millət vəkili Vahid Əhmədov bildirib. Blokun bundan sonrakı fəaliyyətinə aydınlıq gətirilməməsinin səbəblərinə münasibət bildirən V.Əhmədovun sözlərinə görə, başlıca məsələ blokda yekdil qərarın olmamasıdır: “Bununla bağlı müəyyən müzakirələr aparılıb, müxtəlif təkliflər irəli sürülüb, formatlar təklif edilib. Amma hələlik blokun öz fəaliyyətini hansı formada davam etdirəcəyi ilə bağlı ümumi rəy formalaşmayıb. Ola bilər ki, qurumu ictimai-siyasi blok kimi saxlayaq”. Millət vəkili yaxın vaxtlarda blokla bağlı siyasi qərarın veriləcəyini deyib. Uzun müddət fəaliyyət göstərməyən blokun bərpa olunmasının məqsədlərinə gəldikdə, V. Əhmədov bunun növbəti prezident seçkiləri ilə bağlı olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR