Bank Of Baku

AŞPA-nın Cənubi Qafqazda mədəni irsin monitorinqini keçirəcək missiyasının tərkibi müəyyənləşdirilib

AŞPA-nın Cənubi Qafqazda mədəni irsin monitorinqini keçirəcək missiyasının tərkibi müəyyənləşdirilib
# 29 mart 2007 14:14 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında AŞPA-nın Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin monitorinqi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Ohara məlumat verib. Onun sözlərinə görə, missiyanın tərkibinə məruzəçidən başqa, AŞPA-nın analoji problemlərlə məşğul olan nümayəndəsi və üç beynəlxalq ekspert daxildir. “Ola bilər ki, regiona səfərimiz nəzərdə tutulan vaxtdan gec baş tutsun. Əgər hər şey tək məndən asılı olsaydı, elə bu ay regiona gələrdim. Hər şey hava şəraitindən asılıdır, bundan başqa mənim Londonda da çoxlu işlərim var”. Qeyd edək ki, Edvard Ohara APA-ya əvvəlki açıqlamalarında AŞPA-nın Cənubi Qafqazda mədəni irsin monitorinqini aparacaq missiyasının regiona mayda səfər edəcəyini bildirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR