Bank Of Baku

Hüseyn Avni Karslıoğlu: “Kürdlərin Türkiyədən Azərbaycana kütləvi şəkildə köçürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir”

Hüseyn Avni Karslıoğlu: “Kürdlərin Türkiyədən Azərbaycana kütləvi şəkildə köçürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir”
# 17 aprel 2007 10:43 (UTC +04:00)
“Kürdlərin Türkiyədən Azərbaycana kütləvi şəkildə köçürülməsi ilə bağlı yazılanlar şişirdilib, bunlar həqiqəti əks etdirmir”. APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu jurnalistlərlə söhbətində deyib. Səfir Azərbaycana 6-10 min arasında kürdün köçürülməsi barədə qəzet iddialarını gülünc adlandırıb: “10 min nəfərin bir yerdən digərinə köçürülməsi, böyük hadisədir. Bu, böyük bir izdiham deməkdir. Belə köçürülmə olarsa, bunu hər kəs görə bilər. Belə şey ola bilməz. Vətəndaşlar sərhədlərdən qanun çərçivəsində, normal şərtlərlə keçərsə, onların qeydləri var və bu barədə dəqiq rəqəmləri almaq mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR