Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabının təqdimat mərasimi keçirilib

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabının təqdimat mərasimi keçirilib
# 18 aprel 2007 17:09 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin aparıcısı olan Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə R. Mehdiyevi ən cəsarətli filosof kimi səciyyələndirib. Onun sözlərinə görə, kitabda Azərbaycanın müstəqillik qazandıqdan sonra müxtəlif beynəlxalq təşkilatlar, yaxın və uzaq xarici ölkələrlə qurduğu əlaqələr, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib: “Demokratiya sahəsində Azərbaycanın keçdiyi yol, ölkənin sosial-iqtisadi inkişafı bu əsərdə obyektiv olaraq təhlil edilib. Əsərdə Azərbaycanın keçid dövrünün reallıqları, demokratik proseslərin tarixi, həmçinin Azərbaycanda demokratik prosesləri səciyyələndirən önəmli hadisələr əksini tapıb. Bu əsər Azərbaycanda demokratiya ilə bağlı məlumatlanmaq istəyənlər üçün dəyərli monoqrafiyadır”.
Millət vəkilləri Rəbiyyət Aslanova, Şəmsəddin Hacıyev, Azər Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov çıxış edərək, kitabda dünyanın böyük filosof və alimlərinin demokratiya haqqında fikirlərinin əksini tapmasını, eyni zamanda Azərbaycanda demokratiya ilə bağlı fikirlərin əks olunmasını qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR