Açıq Cəmiyyət Partiyası müxalifətin geniş koalisiyasının yaradılması üçün danışıqlara başlayacaq
18 aprel 2007 16:14 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyətinin bu gün ilk iclası keçirilib. Partiya sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın qurultayının nəticələri müzakirə edilib və qənaətbəxş sayılıb. Daha sonra ACP-nin digər müxalifət partiyaları ilə əməkdaşlığı məsələsinə diqqət yetirilib. A. Şahbazovun sözlərinə görə, partiya rəhbərliyi yaxın gələcəkdə əməkdaşlıq edəcəyi partiyaları müəyyənləşdirəcək. Bütün partiyalarla əməkdaşlıqda maraqlı olduqlarını deyən partiya sədrinin sözlərinə görə, ilk növbədə protest elektoratı böyük olan partiyalara üstünlük verəcəklər: “Biz həmçinin ikinci qat hesab olunan partiyalarla da əməkdaşlıq etmək barədə müzakirələr aparacağıq. Biz partiyalarla əməkdaşlığımızın formatı barədə müzakirələrin aparılmasını və daha böyük formatda koalisiyanın yaradılmasının tərəfdarıyıq”. A. Şahbazov buna görə də hələlik “Azadlıq” blokuna üzv olmaqla bağlı müraciətin edilmədiyini deyib. O, digər partiyalarla da danışıqlar aparılacağını və 2008-ci il prezident seçkilərində ölkədə demokratik mühitin yaradılması məqsədi ilə müxalifətin birliyinin yaradılması ilə bağlı koalisiyanın yaradılması istiqamətində addımlar atacaqlarını deyib. /APA/
Daxili siyasət
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024