Səfa Mirzəyev: “Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı hər hansı təklifin üzərində israr etmir”
18 aprel 2007 16:45 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Milli Məclis (MM) Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin üzərində işləyən işçi qrupunun növbəti görüşü sentyabrda baş tuta bilər. S. Mirzəyev sənəd üzərində aparılan işin bu il başa çatıb-çatmayacağını söyləməyin mümkünsüz olduğunu deyib: “Bu prosesin nə vaxt başa çatacağını söyləmək mümkün deyil”. MM Aparatının rəhbəri, Seçki Məcəlləsinin üzərində aparılan işin təfərrüatının ictimaiyyətə açıqlanmaması barədə tərəflər arasında razılaşma əldə olunduğunu deyib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov da jurnalistlərə açıqlamasında Seçki Məcəlləsinin üzərində aparılan işin demokratik prinsiplər baxımından seçici iradəsinin tam ifadə olunmasına bütün şəraitin yaradılması xarakteri daşıdığını deyib. “Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflər var. Bu təkliflərdən şikayətlərə baxılması proseduru, barmaqların mürəkkəbə batırılması məsələsini qeyd edə bilərəm. Bununla bağlı müəyyən fikirlər Seçki Məcəlləsində öz əksini tapmalıdır. Azərbaycanın Seçki Məcəlləsi bütün dünyada qəbul olunmuş normalara əsaslanan sənəddir. Mən yenə də deyirəm ki, burada söhbət təkmilləşdirilmədən gedə bilər”. M. Pənahov, həmçinin Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağda keçiriləcək qanunsuz seçki prosesi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdiklərini deyib. /APA/
Daxili siyasət
Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib
13:27
5 oktyabr 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
10:58
5 oktyabr 2024
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 4 il ötür
00:00
5 oktyabr 2024
“The Economist” nəşrində çıxan məqalənin əsl müəllifi Əli Kərimli yox, Arkadi Ostrovskiymiş
13:25
4 oktyabr 2024