Bank Of Baku

Toni Lloyd: “Azərbaycan Avropa Şurası standartlarını öz standartlarına çevirməlidir”

Toni Lloyd: “Azərbaycan Avropa Şurası standartlarını öz standartlarına çevirməlidir”
# 19 aprel 2007 08:38 (UTC +04:00)
Çünki biz Avropa Şurasının standartlarının Azərbaycan üçün də standartlara çevrilməsində israr edirik”. Bu eksklüziv açıqlamanı APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Toni Lloyd verib. T. Lloyd quruma üzv olan ölkələrin özləri üçün standart müəyyənləşdirmədiyini deyib: “Hər bir ölkənin özünə uyğun dəyərlər seçməsi mümkün deyil. Üzv ölkələr qurumun bütün prinsip, dəyər və konvensiyalarını qəbul etməlidir. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı durum bir az qarışıqdır. Düzdür, ölkənizdə bu sahədə müəyyən irəliləyişlər var, lazımi vacib islahatlar aparılır. Bununla belə, bizi məyus edən məsələlər də mövcuddur. Bu sırada məhkəmələrdəki mövcud vəziyyəti, korrupsiya hallarını və siyasi məhbus problemini qeyd etmək olar. Siyasi məhbus probleminin həlli çox vacibdir. Əslində, siyasi məhbus ifadəsini işlətmək düzgün olmazdı. Sadəcə, məsələ bundan ibarətdir ki, əgər məhkəmənin çıxardığı qərara heç cür haqq qazandırmaq mümkün deyilsə, bu zaman məhbusların dustaqxanada haqlı olaraq qalmaları haqqında fikirləri qəbul etmək qeyri-mümkündür”. T. Lloyd Azərbaycanda söz azadlığı ilə bağlı problemlər olduğunu da bildirib: “Media sahəsində Azərbaycandakı mövcud vəziyyətini stabil adlandırmaq mümkündürmü? Bunu hələlik dəqiq deyə bilmərik. Bu fikri birmənalı şəkildə söyləmək üçün Azərbaycanda azad və müstəqil medianın fəaliyyət göstərməsi lazımdır. Hesab edirəm ki, bu problemlərin həlli üçün təkcə beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının təzyiqinin davam etməsi kifayət etmir. Avropa Şurası öz monitorinq prosesini hələ başa çatdırmayıb. Bu prosesi bir günə yekunlaşdırmaq mümkün deyil, monitorinq prosesi təkamüllə gedən prosesdir. Bu prosesi davam etdirmək lazımdır. Gələcəkdə Monitorinq Komitəsi başqa məruzələr də hazırlayacaq və bu qaçılmazdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR