Bank Of Baku

ATƏT mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirir

ATƏT mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirir
# 19 aprel 2007 09:50 (UTC +04:00)
Vyanada ATƏT-in təşkilatçılığı ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin ən yaxşı formaları ətrafında müzakirələr aparacaqlar. ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, bu, ATƏT-in mütəşəkkil cinayətkarlığa qarşı mübarizə mövzusunda təşkil etdiyi ilk konfransdır. Konfransa qurumun müxtəlif ölkələrdəki ofislərinin nümayəndələri qatılıb. Konfransdan sonra bu ölkələrdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR