Bank Of Baku

Tahir Kərimli: “Müxalifətdə yeni birliklərin yaradılması bu cəbhədə olan partiyalar arasında münasibətin pis olmasını göstərir”

Tahir Kərimli: “Müxalifətdə yeni birliklərin yaradılması bu cəbhədə olan partiyalar arasında münasibətin pis olmasını göstərir”
# 19 aprel 2007 10:40 (UTC +04:00)
“Müxalifətdə yeni birliklərin yaradılması bu cəbhədə olan partiyalar arasında münasibətin pis olmasını göstərir. Demokratiya Uğrunda İttifaq da bu qəbildən olan birliklərdəndir. Burada təmsil olunan partiyalar, özlərini güc mərkəzi adlandıranlar tərəfindən qəbul edilmədiklərini də yaxşı bilirlər”. Bu sözləri APA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T. Kərimli bildirib ki, Demokratiya Uğrunda İttifaq müxalifətin digər birliklərindən daha səmimi göründüyündən, cəmiyyətdə kütləviliyə nail ola bilməyəcək. O, özlərini güc mərkəzi adlandıran müxalifət birlikləri tərəfindən təzyiqə məruz qalacaqlarını da istisna etməyib: “İttifaqın yaradılması ilə bağlı 14 partiyaya müraciət edilmişdi. Müraciət edilənlər arasında özlərini güc mərkəzi adlandıranlar da var idi. Sonda isə əməkdaşlığa dair sazişə 3 partiya imza atdı. Bu, onların yaxın vaxtlarda müxalifətdə olan qüvvələr tərəfindən təzyiqlə üzləşəcəklərinə bir işarədir”. T. Kərimli yaxın illər ərzində müxalifətdə olan partiyaların münasibətlərinin istiləşəcəyinə inanmadığını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR