Bank Of Baku

İqbal Ağazadə Denis Bribosia ilə görüşüb

İqbal Ağazadə Denis Bribosia ilə görüşüb
# 19 aprel 2007 11:06 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa Şurası (AŞ) baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Denis Bribosia ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın Konstitusiya islahatları və ictimai institutlarda müxalifət nümayəndələrinin təmsil olunması ilə bağlı təklifləri, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi və Seçki Məcəlləsi haqqında müzakirələr aparılıb. AŞ baş katibinin nümayəndəsi partiyanın irəli sürdüyü təkliflərin AŞ tərəfindən dəstəklənməsi üçün çalışacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR