Bank Of Baku

QAT Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri ilə bağlı bəyanat yayıb

QAT Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri ilə bağlı bəyanat yayıb
# 19 aprel 2007 11:51 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Belqraddakı görüşünün nəticələri barədə bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın münaqişənin həlli istiqamətində aparılan danışıqlarla bağlı açıqlaması pislənilib: “İndiyə qədər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycan heç nə əldə etməyib. Daha doğrusu,0 danışıqlarda ədalətin bərqərar olunması üçün heç bir addım atılmayıb. Yəni, bu məsələdə Vardan Oskanyan həqiqəti söyləyib”. QAT Azərbaycan dövlətindən danışıqları dayandırmağı da tələb edib: “Azərbaycan Ermənistanın maraqlarına xidmət edən danışıqlardan imtina etməlidir. Əks təqdirdə razılaşdırılan hər hansı bir sənəd Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməyəcək”. QAT Azərbaycan cəmiyyətini bu məsələdə fəallığa da çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR