Bank Of Baku

Sergey Kuznetsov: “2005-ci ildə irəli sürdüyümüz bütün tövsiyələr bizim üçün vacibdir”

Sergey Kuznetsov: “2005-ci ildə irəli sürdüyümüz bütün tövsiyələr bizim üçün vacibdir”
# 19 aprel 2007 12:19 (UTC +04:00)
“2005-ci ildə irəli sürdüyümüz bütün tövsiyələr bizim üçün vacibdir və onların nəzərə alınacağına ümid edirik. Hazırda Venesiya Komissiyası bu tövsiyələrin siyahısı üzərində fəal iş aparır. Artıq müəyyən ilkin nəticələr var. Məsələn, seçicilərin barmaqlarının mürəkkəblənməsi və seçicilərin şikayətlərinə baxılması barədə müddəaların Seçki Məcəlləsinə daxil ediləcəyindən çox şadıq”. Bu sözləri APA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov deyib. O bildirib ki, Bakıda ötən həftə apardıqları müzakirələrin nəticələri əsasında hazırlanacaq mətn yaxın günlərdə hazır olacaq: “Mən bu il müəyyən irəliləyişlər əldə olunacağına ümid edirəm. Çünki Azərbaycanda növbəti seçkilər gələn il keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR