Bank Of Baku

Demokratik Mərkəzin təsis konfransı keçiriləcək

Demokratik Mərkəzin təsis konfransı keçiriləcək
# 19 aprel 2007 13:33 (UTC +04:00)
Müxalifətin yeni güc mərkəzi kimi nəzərdə tutulan Demokratik Mərkəzin təsis olunacağı halda, Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyev “Yeni Siyasət” blokundan istefa verəcək. Bu barədə APA-ya E. Quliyev məlumat verib. Onun sözlərinə görə, “YeS”-in son ilyarım müddətində fəaliyyətsiz qalması artıq bu blokda fəaliyyətin perspektivsiz olduğunu göstərir. E. Quliyevin sözlərinə görə, yaxın 10 gün müddətində Demokratik Mərkəzin təsis konfransının keçirilməsi nəzərdə tutulub. Mərkəzin yaradılması ilə bağlı 40 siyasi və ictimai təşkilata müraciət etdiyini deyən E. Quliyev artıq 10 qurumun bu müraciətə müsbət cavab verdiyini qeyd edib. Bunların içərisində Qarabağ Azadlıq Təşkilatı, Ehtiyatda Olan Zabitlər Birliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Demokrat, İslam və Ümid partiyaları var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR