Bank Of Baku

Əli Əliyev: “Azadlıq” blokunun tərkibinin genişləndirilməsi ilə bağlı hazırda blok daxilində hər hansı müzakirə aparılmır”

Əli Əliyev: “Azadlıq” blokunun tərkibinin genişləndirilməsi ilə bağlı hazırda blok daxilində hər hansı müzakirə aparılmır”
# 19 aprel 2007 14:02 (UTC +04:00)
“Azadlıq” blokunun tərkibinin genişləndirilməsi ilə bağlı hazırda blok daxilində hər hansı müzakirə aparılmır. Biz indiki mərhələdə fəaliyyətimizi məhz bu tərkiblə davam etdirməklə bağlı qərar qəbul etmişik”. Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, blokun əsasnaməsində bütün qərarların konsensus əsasında qəbul olunması nəzərdə tutulub: “Blokun formatının genişləndirilməsi ciddi bir məsələ olduğu üçün bununla bağlı ətraflı müzakirələr aparmağa ehtiyac var. Sədrlər Şurasının 3 üzvü də razı olduqdan sonra belə bir qərar qəbul oluna bilər”. Blokun tərkibinin genişləndirilməsi ilə bağlı şəxsi fikrinə gəldikdə, Ə. Əliyev bildirib ki, bu fikri yalnız aparılan müzakirələrdən sonra açıqlaya bilər: “Bu vaxta qədər blokda təmsil olunmaqla bağlı müraciət daxil olmadığı üçün digər həmkarlarımın da mövqeyini bilmirəm. Ona görə də bu haqda müraciət daxil olarsa, bu zaman blokun ümumi mövqeyi ifadə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR