Bank Of Baku

Tiflisdə NATO Parlament Assambleyasının seminarı başlayıb

Tiflisdə NATO Parlament Assambleyasının seminarı başlayıb
# 19 aprel 2007 14:51 (UTC +04:00)
Bu gün Tiflisdə NATO Parlament Assambleyasının 65-ci “Rous-Rout” seminarı başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, seminarın mövzusu “Gürcüstan avroatlantik inteqrasiya yolunda” adlanır. Seminarın işində Gürcüstan prezidenti Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze, NATO PA-nın rəhbəri Xose Lelo, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və digər şəxslər iştirak edir. X. Lelo çıxışında bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda islahatları uğurla davam etdirir. M. Saakaşvili isə ölkənin NATO-ya üzvlüyünün ictimaiyyət və bütün etnik qruplar tərəfindən dəstəkləndiyini deyib: “Hamı yaxşı başa düşür ki, NATO Gürcüstana lazım olduğu kimi, Gürcüstan da NATO-ya lazımdır”. M. Saakaşvilinin sözlərinə görə, Gürcüstan payıza qədər hərbi-siyasi blokla intensiv dialoq prosesini başa çatdıracaq, ondan sonra NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planı (MAP) mərhələsi başlayacaq. Prezidentin çıxışından sonra toplantı mətbuat nümayəndələri üçün qapalı rejimdə davam edib. Azərbaycan təmsilçilərinin də qatıldığı seminar aprelin 21-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR