Bank Of Baku

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı mitinq keçirmək istəyir

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı mitinq keçirmək istəyir
# 19 aprel 2007 15:35 (UTC +04:00)
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı vətəndaşların enerji və kommunal xərclərinin qiymətlərinin azaldılması tələbi ilə mitinq keçirmək niyyətindədir. Bu barədə APA-ya rartiyanın şəhər təşkilatının rəhbəri, millət vəkili İkram İsrafil məlumat verib. Onun sözlərinə görə, hökumət sənaye müəssisələrinə verilən enerji daşıyıcılarının qiymətini aşağı salmaqla bağlı qərar qəbul etsə də, vətəndaşların vəziyyəti nəzərə alınmayıb. Hazırda şəhər təşkilatının Müsavatın aprelin 29-na təyin etdiyi mitinqə hazırlaşdığını deyən millət vəkili bu aksiyadan sonra Sumqayıtdakı mitinqin vaxtının təyin olunacağını qeyd edib: “Biz bundan əvvəl “Azərikimya” Dövlət Şirkətinə erenji verilməsi tələbi ilə aksiya təyin etmişdik. Amma Sumqayıt Şəhər İcra Hakimiyyəti aksiyanın “İnşaatçılar” stadionunda keçirilməsinə razılıq verdi. Həmin ərazidə mitinqin keçirilməsi mümkün olmadığı üçün aksiya təxirə salındı”. İ. İsrafil bildirib ki, şirkətlə bağlı problem həll olunduğu üçün eyni tələblə yenidən mitinq təyin etməyə ehtiyac yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR