Bank Of Baku

Elmar Məmmədyarov: “Ermənilər Azərbaycan ərazilərindən çıxmayınca, Ermənistanın regional layihələrdə iştirakı mümkün deyil”

Elmar Məmmədyarov: “Ermənilər Azərbaycan ərazilərindən çıxmayınca, Ermənistanın regional layihələrdə iştirakı mümkün deyil”
# 19 aprel 2007 16:20 (UTC +04:00)
XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, nazir çıxışında müxtəlif məsələlərə toxunub, təşkilatın inkişafı, yeni regional layihələrə münasibət bildirib. Regional əməkdaşlıq məsələlərinə toxunan nazir məsələnin vacibliyini qeyd edib və Azərbaycanın bu əməkdaşlıqda iştirakda maraqlı olduğunu söyləyib. E. Məmmədyarov bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərindən çıxmayınca, Azərbaycanın məcburi köçkünləri öz torpaqlarına qayıtmayınca, Ermənistanın regional layihələrdə iştirakı mümkün deyil və Azərbaycan onunla əməkdaşlıq etməyəcək.
Görüş çərçivəsində E. Məmmədyarov ikitərəfli görüşlər də keçirib. Nazir Yunanıstanın, Rumıniyanın xarici işlər nazirləri, ABŞ təmsilçisi ilə danışıqlar aparıb, rusiyalı və türkiyəli həmkarları Sergey Lavrov və Abdulla Güllə ayaqüstü söhbətlər edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR