Bank Of Baku

AŞPA-nın İnsan Hüquqları üzrə Alt Komitəsinin iclası keçirilib

AŞPA-nın İnsan Hüquqları üzrə Alt Komitəsinin iclası keçirilib
# 19 aprel 2007 16:33 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər Komitəsinin İnsan Hüquqları Alt Komitəsinin iclası keçirilib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, komitənin iclasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri Səməd Seyidov, Gültəkin Hacıyeva və Rafael Hüseynov iştirak ediblər. Toplantıda AŞPA İnsan Hüquqları üzrə Alt Komitənin sədri cənab Qardetto Avropa məkanında insan hüquqlarının vəziyyəti ilə bağlı məlumat verib. Komitədə Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi ilə əlaqədar məsələ də müzakirə olunub. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın əməkdaşına bildirib ki, lazım olan sənəd və materiallar komitəyə təqdim olunub. “Bütün məsələlərlə bağlı sənədləri İnsan Hüquqları üzrə Alt Komitəyə təqdim olunub. Əslində komitənin iclasında heç bir müzakirə aparılmayıb. Onlar gündəmə köhnədən qalmış məsələləri çıxarmaq niyyətində idilər ki, Rafael Hüseynov da Fərhad Əliyevin həkim müayinəsindən keçmək məsələsi ilə bağlı sənədləri komitəyə təqdim edib. Biz demişik və bir də təkrar edirik ki, ehtiyacı olan hər kəsə həkim müayinəsindən keçmək üçün lazımi şərait yaradılıb”. APA əməkdaşının verdiyi məlumata görə, İnsan Hüquqları üzrə Alt Komitənin iclasında hüquq müdafiəçisi Murad Sadəddinov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR