Bank Of Baku

AŞPA-nın Əhali, Qaçqınlar və Miqrasiya Komitəsində Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə dair məruzəsi dinlənilib

AŞPA-nın Əhali, Qaçqınlar və Miqrasiya Komitəsində Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə dair məruzəsi dinlənilib
# 19 aprel 2007 16:56 (UTC +04:00)
AŞPA-nın Əhali, Qaçqınlar və Miqrasiya Komitəsində millət vəkili Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzəsi dinlənilib. Bu barədə APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına açıqlama verən Gültəkin Hacıyeva məruzənin çıxışçılar tərəfindən yüksək qiymətləndirildiyini deyib. “Çıxış edən komitə üzvləri məruzəyə çox yüksək qiymət verdilər. Məruzənin müzakirəsində Beynəlxalq Miqrasiya Komitəsinin təmsilçiləri və qurumun Paris ofisinin rəhbəri də iştirak edirdi. Onlarla da fikir mübadiləsi aparıldı. Məruzə əsasən Beynəlxalq Miqrasiya Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşməsinə xidmət edən sənəddir. Məruzəmdə dünyada mövcud olan miqrasiya meylləri, qanuni və qeyri-leqal miqrasiya, miqrasiya prosesinin idarə olunması, miqrasiya və inkişaf, miqrasiya və tolerantlıq, miqrasiya və insan haqları məsələləri geniş işıqlandırılıb. Məruzənin xüsusilə Azərbaycan kimi yeni demokratiya ölkələrinə aid olan ölkənin nümayəndəsi tərəfindən hazırlanması, ölkədə bu sahədə mövcud olan problemlərin orada əks olunması yüksək qiymətləndirildi. Düzdür, bu məruzə birbaşa Azərbaycanla bağlı olmasa da, mən hazırladığım sənəddə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı fəaliyyətinə, xüsusilə Naxçıvanda gördüyü işlərə geniş yer ayırmışam. Sənəddə Ermənistan tərəfindən blokada vəziyyətində olan Naxçıvanda bu təşkilatın müsbət fəaliyyəti dəyərləndirilib”. Gültəkin Hacıyeva məruzənin Əhali, Qaçqınlar və Miqrasiya Komitəsi tərəfindən yekdilliklə bəyənildiyini, iyunda məruzə ilə bağlı qətnamə layihəsinin komitədə müzakirəyə çıxarılacağını deyib. Oktyabrda AŞPA-nın payız sessiyasında Gültəkin Hacıyevanın hazırladığı məruzənin müzakirəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Mak Kinlinin də iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR