Bank Of Baku

QDİƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən toplantısında üç anlaşma memorandumu imzalanıb

QDİƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən toplantısında üç anlaşma memorandumu imzalanıb
# 20 aprel 2007 10:19 (UTC +04:00)
Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan (QDIƏT) ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, altı ölkənin nazir səviyyəsində təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edib. Serbiya prezidenti Boris Tadic tədbir iştirakçılarını salamladıqdan sonra nümayəndə heyətlərinin rəhbərlərinə söz verib. Tədbir iştirakçıları QDİƏT-in getdikcə artan nüfuzunu, təşkilat çərçivəsində müxtəlif sahələr üzrə layihələrin həyata keçirilməsini, Avropa İttifaqı ilə münasibətlərin inkişafını, quruma üzv ölkələr arasında xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsində mühüm rolunu və potensialını vurğulayıblar. Çıxışlar zamanı QDİƏT çərçivəsində aparılan islahatların və Beynəlxalq Katibliyin genişlənməsinin üzv ölkələr arasında əməkdaşlıqdan irəli gələn yeni vəzifələrin daha səmərəli surətdə həyata keçirilməsinə zəmin yaradacağı bildirilib. Elmar Məmmədyarov tədbir çərçivəsində Yunanıstan, Rumıniya, Rusiya, Türkiyənin xarici işlər nazirləri və ABŞ hökumətinin rəsmisi ilə görüşüb. Tədbirin gedişində Belqrad Bəyannaməsi qəbul olunub və “Qara Dəniz Dairəvi Yolunun İnkişafı”, “QDİƏT Regionunda Dəniz Magistrallarının İnkişafı” və “QDİƏT üzv ölkələrinin Xarici İşlər Nazirliklərinin Diplomatik Akademiyaları və İnstitutları arasında əməkdaşlıq” üzrə Anlaşma Memorandumları imzalanıb. QDİƏT Daimi Beynəlxalq Katibliyində Baş Katibin müavini vəzifəsində çalışan və 1 may 2007-ci il tarixdən səlahiyyət müddəti başa çatan Altay Əfəndiyevin səlahiyyət müddəti daha iki il uzadılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR