Bank Of Baku

Ömər Lütem: “Soyqırımı isbat etmək üçün toplu məzarların olması lazımdır”

Ömər Lütem: “Soyqırımı isbat etmək üçün toplu məzarların olması lazımdır”
# 20 aprel 2007 10:57 (UTC +04:00)
“Uzun müddətdir ermənilər Osmanlı dövlətinin onları soyqırıma məruz qoymasından bəhs edirlər. Amma ortada soyqırımın baş verdiyini göstərən dəlillər yoxdur”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında istefada olan səfir, Avrasiya Strateji Araşdırmalar Mərkəzi erməni masasının rəhbəri Ömər Lütem deyib. O bildirib ki, soyqırım hadisəsinin baş verib-vermədiyi beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir və 1915-ci il hadisələri bu sazişin müddəalarına uyğun gəlmir: “Soyqırım ola bilməsi üçün bir millətin yox edilməsi iradəsinin nümayişi lazımdır. Bunun üçün dövlətin bəzi planlar həyata keçirməsi (məsələn, faşist Almaniyasında yəhudilərə qarşı əvvəlcədən hazırlanmış düşərgələr, qaz kameraları kimi) gərəklidir. Soyqırım ola bilməsi üçün çoxlu sayda insanın ölməsi və ən önəmlisi, toplu məzarların olması lazımdır. 1915-ci ildəki hadisələrdə bu nişanələr yoxdur”. Ö. Lütəm deyib ki, bütün bu səbəblərə görə ermənilərin iddiaları havada qalmağa məhkumdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR