Bank Of Baku

Belarus səfiri Nikolay Patskeviç: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Belarus səfiri Nikolay Patskeviç: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
# 20 aprel 2007 11:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Belarusun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç keçirdiyi mətbuat konfransında söyləyib. Səfir bildirib ki, Belarus hökuməti Xəzər neft və qazının Avropaya ötürülməsində Azərbaycana istənilən yardımı göstərməyə hazırdır. Nikolay Patskeviç ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 28 milyon dollara çatdığını, bu ilin ilk üç ayı ərzində isə bu rəqəmin 7,3 milyon dollar olduğunu deyib. “2007-ci ildə biz iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 50 milyon dollara çatdırmağı planlaşdırırıq. Ötən il Belarusdan Azərbaycan mal ixracının həcmi 124 faiz, Azərbaycan Belarusa mal idxalının həcmi isə 135 faiz təşkil edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR