Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenko 2007-ci ilin ilk yarısında Azərbaycana səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko 2007-ci ilin ilk yarısında Azərbaycana səfər edəcək
# 20 aprel 2007 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Belarusun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, rəsmi Bakı Belarus prezidentini ölkəyə rəsmi səfərə dəvət edib və bu dəvət qəbul olunub. Səfir hazırda səfərə hazırlıq işlərinin davam etdiyini deyib. Bundan başqa Nikolay Patskeviç iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın sənəd üzərində işin davam etdiyini deyib: “Hazırda 10-dan artıq sənəd imzalanmaq üçün hazırdır. Bu sənədlər iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş, veterinar və fitosanitar nəzarəti haqqında, pensiya təminatı, banklar arasında, elmi müəssisələrə arasında əməkdaşlıq haqqında müqavilələrdir. Digər sənədlərin hazırlanması isə davam edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR