Bank Of Baku

Müsavatın mitinqinin kütləviliyinin təmin olunması partiyanın deputat qrupuna həvalə edilib

Müsavatın mitinqinin kütləviliyinin təmin olunması partiyanın deputat qrupuna həvalə edilib
# 20 aprel 2007 11:35 (UTC +04:00)
Müsavat Partiyasının aprelin 29-na təyin etdiyi yürüş-mitinqin kütləviliyinin təmin olunması partiyadan seçilmiş millət vəkilləri və 2005-ci il parlament seçkilərində namizəd olmuş şəxslərə həvalə edilib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hazırda deputatlar və deputatlığa keçmiş namizədlər seçki dairələri ərazisində görüşlər keçirir və seçicilərini yürüş-mitinqə gəlməyə çağırırlar. 29 aprel aksiyasının əvvəlki yürüş-mitinqdən kütləvi olacağına ümid edən A. Hacılı bir sıra partiyaların, xüsusilə də AMİP-in bu aksiyaya dəstək verəcəyini qeyd edib. O, aksiyanın kütləviliyinin təmin olunması üçün bahalaşmadan narazı qalan əhaliyə müraciət edəcəklərini də deyib. Aksiya metronun “Həzi Aslanov” stansiyasından yürüşlə başlayacaq, Ukrayna meydanında mitinqlə davam edəcək. Bakı Şəhər İcra Hakimiyyəti isə hələlik aksiya ilə bağlı müraciətə cavab verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR