Bank Of Baku

Azay Quliyev: “QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi qrant formasında olacaq”

Azay Quliyev: “QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi qrant formasında olacaq”
# 20 aprel 2007 11:46 (UTC +04:00)
QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi qrant formasında olacaq. APA-nın məlumatına görə, bunu Milli QHT Forumunun sədri Azay Quliyev deyib. O, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı Maliyyə Nazirliyinə göndərdikləri təkliflərin bəyənildiyini açıqlayıb: “Təkliflərimiz Maliyyə Nazirliyi tərəfindən bəyənilərək daha üst qurumlara təqdim olunub. Hazırda bu məsələ ilə bağlı danışıqlar davam etdirilir”. A. Quliyev bu mövzuda prezidentin müşaviri Vahid Axundovla da müzakirələr apardığını bildirib. Onun fikrincə, dövlət tərəfindən maliyyələşmə QHT-lərdə asılılıq yaratmayacaq: “Bu, hər iki tərəfin bir-birinə inam və etimadını artıracaq, Azərbaycan QHT-lərinin xarici donorlardan asılılığını aradan qaldıracaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR