Bank Of Baku

Avropa Parlamentinin üzvü İran azərbaycanlılarına qarşı zorakılığa son qoymağı tələb edib

Avropa Parlamentinin üzvü İran azərbaycanlılarına qarşı zorakılığa son qoymağı tələb edib
# 20 aprel 2007 12:11 (UTC +04:00)
Avropa Parlamentinin İsveçdən seçilmiş üzvü İnger Segelström İran hakimiyyət orqanlarından dinc kütləvi aksiyalar zamanı azərbaycanlılara qarşı tətbiq olunan ifrat zorakılığa son qoyulmasını istəyib. İsveç Azərbaycanlı Gənclər Federasiyasının sədri Nərgiz Nədayinin APA-ya verdiyi məlumata görə, İsveç Sosial-Demokrat Partiyasının Avropa Parlamentindəki nümayəndə heyətinin mətbuat katibi olan xanım İ. Segelström İranın ali dini rəhbəri Seyid Əli Xamneyi və ədliyyə naziri Mahmud Haşimi Şahrudiyə məktub ünvanlayıb. O, İranda Azərbaycan milli hərəkatın fəallarından Abbas Lisaninin Ərdəbildə keçirilən dinc kütləvi aksiya zamanı saxlanılaraq 18 aylıq həbs cəzasına məhkum edilməsindən narahat olduğunu bildirib. İ. Segelström A. Lisaninin vicdan məhbusu olduğuna inandığını və yalnız öz fikirlərini qeyri-zorakı şəkildə ifadə etdiyi üçün həbs edildiyini qeyd edib. O, eyni zamanda İran polisinin Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilmiş mitinq və nümayişlər zamanı ifrat zorakılıq tətbiq etməsinə də etirazını dilə gətirib: “Bu, insan hüquqları prinsipləri ilə ziddir. Mən hakimiyyət orqanlarından bu qeyri-bəşəri praktikaya son qoymağı təkidlə tələb edirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR