Bank Of Baku

ATƏT Parlament Assambleyasının fəxri prezidenti Brüs Corc: “Azərbaycanın NATO-ya üzv qəbul olunması perspektivini dəyərləndirmək çətindir”

ATƏT Parlament Assambleyasının fəxri prezidenti Brüs Corc: “Azərbaycanın NATO-ya üzv qəbul olunması perspektivini dəyərləndirmək çətindir”
# 20 aprel 2007 12:20 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna ATƏT Parlament Assambleyasının fəxri sədri, Böyük Britaniyanın NATO Parlament Assambleyasında nümayəndəsi Brüs Corc verib. O, Azərbaycanın NATO-ya üzv qəbul olunması perspektivini belə dəyərləndirib: “Mən Azərbaycanın NATO-ya inteqrasiya perspektivinə münasibət bildirmək istəmirəm, çünki bu ölkənin milli təhlükəsizlik məsələləri baxımından öz maraqları var və Azərbaycanda Qərblə Rusiya arasında balans yaratmaq siyasəti yürüdür. Azərbaycan hökuməti öz xalqının maraqlarını, ölkənin spesifik xüsusiyyətlərini nəzərə alır. NATO-ya üzv qəbul olunub-olunmamağı qərarını məhz azərbaycanlılar və gürcülər verməlidir. Gürcüstanın bu qərarı dəstəklədiyi məni sevindirir”. Brüs Corc “Qızılgül inqilabı”ndan sonra Gürcüstanda nəzərəçarpacaq inkişaf prosesi getdiyini bildirib: “İnqilabdan sonra ölkənin müxtəlif sahələrində islahatlar həyata keçirilir, iqtisadi inkişaf tempi kifayət qədər yüksəkdir. Azərbaycanın da inkişaf üçün böyük perspektivləri var. Azərbaycan çiçəklənən və qüdrətli ölkə ola bilər. Bunun üçün ölkənin malik olduğu ehtiyatlardan ağılla istifadə etmək lazımdır. Bu kontekstdə əsas ağırlıq regional layihələrin üzərinə düşür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR