Bank Of Baku

Hüquq müdafiəçisi Murad Sadəddinov bu gün Strasburqda mətbuat konfransı keçirib

Hüquq müdafiəçisi Murad Sadəddinov bu gün Strasburqda mətbuat konfransı keçirib
# 20 aprel 2007 12:36 (UTC +04:00)
Azərbaycanda Demokratiyanin İnkişafı və İnsan Haqlarını Müdafiə Fondunun sədri Murad Sadəddinov bu gün Strasburqda mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, o, dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) insan haqları üzrə alt komitəsinin iclasında iştirak etdiyini bildirib. İclasda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov iştirak edib. M. Saddədinov Avropa Şurasının komitəsinə Azərbaycandan nadir hallarda nümayəndə dəvət edildiyini deyib. Onun sözlərinə görə, belə dəvət Azərbaycanın AŞ-ya üzv olmasından sonra üçüncü dəfədir. M. Saddədinov komitənin iclasında daha çox sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev barədə danışdığını söyləyib. O, iclasda F. Əliyevin müraciəti əsasında onun səhhəti ilə bağlı 12 nəfərdən ibarət həkim komissiyası yaradıldığını da qeyd edib. Hüquq müdafiəçisi iclasda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin olunması ilə bağlı məsələ qaldırdığını da deyib. Komitə üzvləri isə bu məsələnin AŞ PA-nın iyun sessiyasına qədər tam həllini tapacağına ümidvar olduqlarını söyləyiblər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidov isə APA-ya açıqlamasında qaldırılan bütün məsələlərlə bağlı iclasda iştirak edən Rəfael Hüseyovun lazımi sənədləri komitə üzvlərinə təqdim etdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR