Bank Of Baku

Yenilənmiş seçici siyahıları mayın sonunda MSK-nın saytına yerləşdiriləcək

Yenilənmiş seçici siyahıları mayın sonunda MSK-nın saytına yerləşdiriləcək
# 20 aprel 2007 13:03 (UTC +04:00)
Dəqiqləşdirilmiş seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında bu barədə qurumun qərarı olduqdan sonra yerləşdiriləcək. Bu barədə APA-ya MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı yanvardan başlayan proses artıq başa çatmaq üzrədir. İ. Babayev bildirib ki, seçki qanunvericiliyinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi mayın sonuna kimi başa çatdırılmalı və internet səhifəyə yerləşdirilməlidir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə bildirib ki, artıq bütün Dairə Seçki Komissiyaları seçici siyahılarını MSK-ya təqdim ediblər və hazırda siyahılar sonuncu instansiya kimi MSK-da dəqiqləşdirilir. O, mayın sonuna kimi MSK-nın iclasında siyahıların təsdiq olunacağını və yenidən DSK-lara göndəriləcəyini bildirib. DSK-lar isə öz növbəsində siyahıları müvafiq məntəqə seçki komissiyalarına təqdim edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR