Bank Of Baku

ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatına son dəyişiklərlə bağlı Azərbaycanın ABŞ-kı səfirliyi bu qurum ilə iş aparacaq

ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatına son dəyişiklərlə bağlı Azərbaycanın ABŞ-kı səfirliyi bu qurum ilə iş aparacaq
# 20 aprel 2007 14:16 (UTC +04:00)
ABŞ Dövlət Departamenti 2006-cı ildə insan haqlarının vəziyyətinə dair ənənəvi illik hesabatının Ermənistana dair hissəsinə dəyişiklik edib. Məruzənin ilkin variantında “Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal edib” ifadəsi yer alsa da, Amerika Erməni Milli Komitəsinin müdaxiləsindən sonra Dövlət Departamenti həmin mətnə dəyişiklik edib. Dəyişiklikdə qeyd olunur ki, “Erməni hərbi qüvvələri Dağlıq Qarabağla sərhəd olan Azərbaycanın böyük hissəsini əllərində saxlayırlar. Ermənistan Respublikasının rəsmiləri bəyan edirlər ki, respublika Dağlıq Qarabağı bilavasitə işğal etməyib”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın ABŞ-kı səfirliyi Dövlət Departamenti ilə müvafiq iş aparacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR