Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başa çatıb

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başa çatıb
# 20 aprel 2007 14:37 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, sessiyanın son iş günündə iqtisadi məsələlər üzrə komitənin üzvü, fransız deputat Bernar Şnayderin hazırladığı “Saxta malların dövriyyəsinin qarşısını almaq üçün Avropa Şurasının buna dair konvensiyasının hazırlanması zərurəti” adlı məruzə müzakirə edilib. Müzakirələrdən sonra sessiya öz işini başa vurub. Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin vəziyyətinə dair AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hesabatı müzakirə olunub. Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri müxtəlif komitələrin işində iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR