Bank Of Baku

Strasburqda Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi konfrans keçirilib

Strasburqda Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi konfrans keçirilib
# 20 aprel 2007 14:39 (UTC +04:00)
Aprelin 19-da Strasburqda böyük Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi konfrans keçirilib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, konfrans Strasburqdakı Azərbaycan Evində baş tutub. Azərbaycan Evi, Mark Blok Universiteti və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin anadan olmasının 520 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyi nəzərdə tutur. Azərbaycan Evində baş tutacaq ilk belə tədbirdə Strasburqda səfərdə olan millət vəkili, professor Rafael Hüseynovun “Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi və Azərbaycan ədəbiyyatındakı yeri” adlı məruzəsi dinlənilib. Konfransda Strasburqda təhsil alan azərbaycanlı tələbələr, İrandan olan azərbaycanlılar və əcnəbi qonaqlar iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR