Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Bolqarıstana səfəri başa çatıb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Bolqarıstana səfəri başa çatıb
# 20 aprel 2007 15:04 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, K. Heydərovun E. Etemlə görüşündə hər iki ölkənin müvafiq dövlət strukturları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə Bolqarıstanın Mülki Müdafiə Qüvvələri və Yanğından Mühafizə Xidmətinin rəhbərləri də iştirak edib. Səfər çərçivəsində Azərbaycanla Bolqarıstan arasında “Əhalinin fəlakət və qəzalardan müdafiəsi sahəsində əməkdaşlıq haqqında” bəyannamə imzalanıb. Bəyannamədə fəlakətlərin artan sərhədaşırı xarakteri, iki ölkə arasında effektiv və vaxtında tədbirlərin görülməsi üzrə əməkdaşlığın vacibliyi vurğulanıb. Səfər zamanı K. Heydərov fəlakətlər və qəzalar zamanı istifadə olunan müxtəlif təyinatlı texniki avadanlıqlarla tanış olub.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bolqarıstanın baş naziri Serqey Stanişevlə də görüşüb. Görüşdə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, təbii fəlakət və qəzalar zamanı istifadə etmək məqsədilə Bolqarıstanda istehsal olunan texniki avadanlıqların alınması, digər mühüm məsələlər müzakirə olunub. Görüşdə Bolqarıstan və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyi, eyni zamanda energetika sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcudluğu da vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR